Azərbaycan demoqrafik böhranla üzləşə bilərmi?

Azərbaycan demoqrafik böhranla üzləşə bilərmi?

Azərbaycanda doğum göstəriciləri azalmağa davam edir, proses əhalinin qocalmasına doğru gedir.

“Cebheinfo.az” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bununla bağlı maraqlı paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

“Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 2025-ci ilin (yanvar-may) aylarında 38 836 uşaq, 2026-cı il (yanvar-may) aylarında isə 28 631 körpə dünyaya gəlib.

Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26 %) azalıb. Hər 1000 nəfərə düşən doğum əmsalı isə 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib".

Onun sözlərinə görə, məmləkət "demoqrafik fəlakətə" doğru gedir:

"Cəmi 15-20 ildən sonra təqaüdçülərin sayı rəsmi işləyənlərin sayından çox olacaq. Ölkəmiz 2006-cı il Yunanıstanının vəziyyətinə düşəcək, amma Yunanıstan Aİ ölkəsidir, Avropa onlara 180 mlrd. avro verdi, böhrandan dartıb-çıxardı. Biz nə edəcəyik?!"

İqtisadçı bildirib ki, gənclər xaricə köçür, ailə qurmur, çox uşaq doğmurlar:

"İnsanlara ümid, işıq, müsbət mesajlar vermək, pozitiv qərarlar almaq lazımdır...”

Əhməd 
“Cebheinfo.az”