Gürcüstanda çox sayda qanunsuz miqrant saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşlarının keçirdiyi xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 50 xarici ölkə vətəndaşı saxlanılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılanlar arasında Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları var.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində yerləşdiriliblər və onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.
"Cebheinfo.az"

