1592-ci gün: Rusiyanın itkiləri yeniləndi

1592-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1592-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 408 340 hərbçi, 12 074 ədəd tank, 24 869 ədəd zirehli döyüş maşını, 45 325 ədəd artilleriya sistemi, 1 913 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 469 hava hücumundan müdafiə sistemi, 436 ədəd hərbi təyyarə, 353 ədəd helikopter, 1 815 ədəd yerüstü robot-texnika kompleksi, 389 110 ədəd PUA, 115 644 ədəd avtomobil texnikası, 4 847 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 385 xüsusi avadanlıq itirib.

Əhməd
"Cebheinfo.az"