Medvedev sanksiyalardan danışdı
“Rusiyaya qarşı tətbiq edilən bütün birtərəfli məhdudiyyətlər qanunsuzdur və hətta sanksiya hesab edilə bilməz, çünki onlar BMT Nizamnaməsində nəzərdə tutulmayıb”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İrana səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Qanunsuz sanksiyalar nədir? Bunlar BMT Nizamnaməsində və ya digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmayan sanksiyalardır. Məhz Rusiya Federasiyasına qarşı tətbiq edilən bütün sanksiyalar qanunsuz sanksiyalardır”, -deyə o bildirib.
Əhməd
"Cebheinfo.az"

