Türkiyədən İraqa gedən avtobus aşdı - 40 nəfər xəsarət aldı
Türkiyədə İstanbuldan İraqa gedən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər xəsarət alıb.
Bu barədə DHA məlumat yayıb.
Bildirilib ki, hadisə Ankara-Niğdə avtomobil yolunun Aksaray şəhəri yaxınlığında baş verib.
İlkin məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus yoldan çıxıb.
Qəza zamanı avtobusda olan 37 sərnişin, 2 sürücü və 1 bələdçi xəsarət alıb. Yaralılar təcili yardım briqadaları tərəfindən Aksaraydakı xəstəxanalara çatdırılıb.
"Cebheinfo.az"

