Bərdə-Ağdam-Xankəndi yolunda qəza olub: Xəsarət alanlar var

Bərdə-Ağdam-Xankəndi yolunda qəza olub: Xəsarət alanlar var

Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qəza Uzundərə ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"