Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Tanışına övladının həbsdən azadlığa buraxılmasına köməklik edəcəyi vədi ilə dələduzluq etməkdə təqsirləndirilən Sevinc İslamovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətə azadlıqdan məhrum edilib, o, məhkəmə zalında həbs edilib.

İttihama görə, təqsirləndirilən şəxs zərərçəkmişdən müxtəlif vaxtlarda ümumilikdə 65 000 manat pul alıb.

Verilən vədin yerinə yetirilmədiyini görən zərərçəkmişlər hüquq-mühafizə orqanına şikayət ediblər və Sevinc İslamova saxlanılıb. O, istintaq zamanı zərərçəkmişə dəymiş ziyanın bir qismini ödəyib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"