Pakistanda avtobus dərəyə aşıb: 40 nəfər ölüb
Pakistanda ağır yol qəzası baş verib.
“DAWN” xəbər verir ki, Xayber Paxtunxva vilayətində sərnişin avtobusu dərəyə aşıb.
Qəza nəticəsində 40 nəfər ölüb.
Xəsarət alan 8 nəfər isə xəstəxanaya yerləşdirilib.
"Cebheinfo.az"

