Dünya Kubokunda qalmaqal YAŞANDI: Poilslə DAVA

Dünya Kubokunda qalmaqal YAŞANDI: Poilslə DAVA

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi 2026-cı il FİFA Dünya Kuboku çərçivəsində Dallas şəhərində Misir milli komandasının nümayəndə heyəti ilə ABŞ polisi arasında insident baş verib.

“Cebheinfo.az” xəbər verir ki, hadisə komandanın inzibatçısı İbrahim Həsənin misirli futbolçu Trezeqe ilə şəkil çəkdirən azyaşlı azarkeşə yaxınlaşmaq istədiyi zaman polis tərəfindən zorla saxlanılması ilə başlayıb.

Məlumata görə, Misir millisinin baş məşqçisi Hossam Həsənin qardaşı olan İbrahim Həsən polis müdaxiləsinə sərt etiraz edib. Bundan sonra tərəflər arasında gərginlik artaraq mübahisəyə çevrilib.

Hadisə zamanı Misir nümayəndə heyəti ilə polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşlarından birinin qandal çıxarmaq üçün belinə uzandığı əks olunub.

İnsidentdən sonra açıqlama verən İbrahim Həsən bildirib ki, şəkil çəkdirən uşağın atasının Misir milli komandasının inzibati heyəti ilə əlaqə saxlamasını istəyirlər. Onun sözlərinə görə, baş verən xoşagəlməz hadisəyə görə həmin uşaq Avstraliya - Misir oyununa dəvət olunacaq.

Qeyd edək ki, Misir millisi Dünya Kubokunun 1/16 final mərhələsində Avstraliya yığması ilə qarşılaşacaq.

Əfsanə 
“Cebheinfo.az”