Məşhur bəstəkardan şok açıqlama: “Gənclərin zövqünə...”
Müğənni və bəstəkar Yuri Loza gənclərin zövqünə uyğun mahnılar yazmayacağını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, onun bu fikirləri "Public News Service" tərəfindən yayımlanıb.
"Mən kimin üçün mahnı yazmalıyam? Yalnız şüarlardan başqa heç nə dinləməyən gənclər üçünmü?", - deyə o qeyd edib.
Bəstəkar “Z” nəsli üçün barmağını belə tərpətməyəcəyini deyib və gəncləri müğənnilər Klava Koka və Tatyana Bulanovanı dinləməyə çağırıb.
Onun sözlərinə görə, onun auditoriyası onun intellektual və musiqi potensialına yaxşı mənada bələddir.
Müğənni vurğulayıb ki, bugünkü kumirlər ona və Rusiya musiqi səhnəsinin digər nəhənglərinə çox şey borcludurlar:
"Hətta Klava Koka özü də bizim açdığımız cığırla gedir”.
Xatırladaq ki, Loza daha əvvəl gənc ifaçılarla mahnılar yazdıran Filipp Kirkorovun fəaliyyətini tənqid etmişdi.
Eyni zamanda, musiqiçi 20 yaşlı məşhur ifaçı Vanya Dmitrienkonu səkkizayaqlı ilbizə bənzətmişdi.
Əhməd
“Cebheinfo.az”

