"Google Gemini"nin Azərbaycandakı bazar payı azalıb

"Google Gemini"nin Azərbaycandakı bazar payı azalıb

İyun ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 85,86 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 6,34 faiz bəndi çoxdur, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 10,35 faiz bəndi azdır.

İkinci pillədəki "Google Gemini"nin bazar payı aylıq 8,98 faiz bəndi azalaraq, illik isə 3,71 faiz bəndi artaraq 4,48 % təşkil edib. Beləliklə onun payı təkcə son 2 ayda 4,5 dəfə azalıb.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı aylıq 2,41 faiz bəndi, illik isə 3,98 faiz bəndi artaraq 4,47 % təşkil edib.

Dördüncü yerdəki "Claude"un bazar payı aylıq 0,98 faiz bəndi, illik isə 3,67 faiz bəndi artaraq 3,81 % təşkil edib.

İlk beşliyi 1,38 %-lik bazar payı ilə "Microsoft Copilot" qapayır. Onun payı aylıq 0,74 faiz bəndi, illik isə 1,01 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 84,81 % (aylıq 7,15 faiz bəndi çox və illik 11,5 faiz bəndi az);

"Google Gemini" – 4,45 % (aylıq 10,22 faiz bəndi az və illik 3,65 faiz bəndi çox);

"Perplexity" – 4,84 % (aylıq 2,72 faiz bəndi və illik 4,52 faiz bəndi çox);

"Claude" – 4,32 % (aylıq 1,11 faiz bəndi və illik 4,16 faiz bəndi çox);

"Microsoft Copilot" – 1,58 % (aylıq 0,73 faiz bəndi və illik 0,83 faiz bəndi az);

Mobil cihazlarda:

"ChatGPT" – 92,96 % (aylıq 0,41 faiz bəndi və illik 3,02 faiz bəndi az);

"Google Gemini" – 4,69 % (aylıq 0,27 faiz bəndi və illik 4,12 faiz bəndi çox);

"Perplexity" – 2,05 % (aylıq 0,39 faiz bəndi və illik 0,33 faiz bəndi çox);

"Claude" – 0,29 % (mayda və bir il əvvəl payı 0 həddində olub);

Planşetlərdə:

"ChatGPT" – 100 % (aylıq 50 faiz bəndi və illik 50 faiz bəndi çox);

"Cebheinfo.az"