"Bakı İctimai Əməkdaşlıq Mərkəzi" İB-nin yeni layihəsininin ilk tədbiri həyata keçirilib
"Bakı İctimai Əməkdaşlıq Mərkəzi" ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsininin ilk tədbiri Nərimanov rayon Bələdiyyəsinin təşkilati dəstəyilə 30 iyun 2026-cı il tarixində Vetetranlar Birliyinin konfrans zalında həyata keçirib.
"Cebheinfo.az" xəbər verir ki, tədbirdən öncə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri cənab Rauf Zeyni, Nərimanov rayon bələdiyyəsinin sədri cənab Təmraz Tağıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib önünə tər çiçəklər qoyublar. Daha sonra Təmraz Tağıyev tədbiri açaraq qonaqları və iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib.
Təmraz Tağıyev layihənin əsas məqsədinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək sözü Rauf Zeyniyə təqdim edib. Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq bu layihəyə maliyyə dəstəyi verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsinə təşkilati dəstək verdiyinə görə bələdiyyə sədrinə minnətdarlığını bildirərək ona Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəkkürnamə plaketini təqdim edib.
Daha sonra Rauf Zeyni slayd təqdimatı iştirakçıların diqqətinə çatdırıb və "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsindəvətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsininin bu gün ictimai əhəmiyyətini və mahiyyətini qeyd edib, slayd təqdimat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı bəzi çıxışları təqdim olundu və iştirakçılar təfindən böyük maraqla qarşılanıb.
Daha sonra tanınmış politoloq, AMQF-nin İH üzvü Zaur İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri cənab Arif Hümbətov, ARQC-nin sədri Bahar Qasımova, MİRİ-nin sədri cənab Zamin Zeynal, əməkdar jurnalist Mətanət Ağamirli, KTMHM-nin sədri Vəkil İsgəndərov çıxış edərək belə layihərin bələdiyyələr birgə keçirilməsinin, şəffaflığın və ictimai nəzarətin artırılmasının, korrupsiyaya qarşı mübarizə aparılmasının, məmur özbaşınalığının, islahatların effektivliyinin artırılmasının, ictimai iştirakçılığın və ictimai müzakirənin əhəmiyyətindən danışaraq öz dəyərli fikir və təkliflərini bildiriblər.
"Cebheinfo.az"

