"Yeşilçam"ın aktrisası vəfat etdi

"Yeşilçam"ın aktrisası vəfat etdi

"Yeşilçam" filmlərinin tanınmış simalarından olan Kamuran İnselel 88 yaşında dünyasını dəyişib.

Uzun müddətdir səhhətində yaranan problemlərlə mübarizə aparan aktrisa müalicə aldığı Almaniyadakı xəstəxanalardan birində vəfat edib.

Kamuran İnselel uzun illər Türk kinosunda fəaliyyət göstərərək bir çox ekran əsərində yaddaqalan obrazlara həyat verib. O, xüsusilə "Sefiller", "Zirvenin Bedeli", "Yapayalnız" və "Devrim Gecesi" filmlərindəki rolları ilə tamaşaçıların yaddaşında qalıb.

Aktrisanın vəfat xəbəri sənət cameəsində və pərəstişkarları arasında dərin kədər hissi ilə qarşılanıb.

Qeyd edək ki, Kamuran İnselel "Yeşilçam" dövrünün tanınmış aktrisalarından biri kimi Türk kino tarixində özünəməxsus iz qoyub./milli.az/

"Cebheinfo.az"