Yardımlıda cüdo birinciliyində 126 yeniyetmə mübarizə aparacaq
Yardımlı Olimpiya İdman Kompleksində keçiriləcək U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Cənub bölgəsi region birinciliklərində ümumilikdə 126 idmançı mübarizə aparacaq.
"Cebheinfo.az" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə qeydə alınacaq nəticələr idmançılara Azərbaycan yığmasının heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Qeyd edək ki, region birincilikləri iyulun 3 və 4-də təşkil olunacaq.
"Cebheinfo.az"

