Gecə ərzində Ukraynanın 179 PUA-sı məhv edilib
Rusiya əraziləri növbəti dəfə Ukrayna tərəfindən kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.
Bildirilir ki, Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində Rusiya regionları və Qara və Azov dənizlərinin suları üzərində 179 pilotsuz uçan aparatı vurub.
Regionun qubernatoru Oleq Melniçenko bildirib ki, Penza vilayətində dronların qalıqları elektrik ötürücü xəttini zədələyib və yarımçıq binanın üzərinə düşüb:
“Gecədə təhlükəsizlik məqsədilə Samara, Kaluqa, Ulyanovsk, Buqulma, Kazan, Nijnekamsk və Ufa hava limanlarında reyslərə bir sıra məhdudiyyətlər qoyulub”.
Əhməd
“Cebheinfo.az”

