Suriya ilə Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Suriya Prezidenti Əhməd Əl Şaraa Dəməşqdə Xalq Sarayında iştirakı ilə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Bu barədə Suriya Prezidentinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Görüşdə Suriyanın daxili işlər naziri Ənəs Xəttabın da iştirak etdiyi vurğulanıb.
Söhbət zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yolları, eləcə də sabitliyin qorunmasına töhfə verən ümumi çağırışlara qarşı mübarizədə təcrübə mübadiləsinin aparılması müzakirə edilib.
"Cebheinfo.az"

