Ermənistana təhvil verilən meyitlərin sayı açıqlandı
2020-ci ilin noyabr ayından bəri Azərbaycan döyüş meydanında tapılan 2000-dən çox erməni hərbçisinin cəsədini təhvil verib.
"Cebheinfo.az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini və Hərbi Əsirlər, Girovlar və İtkin Düşmüş Şəxslərlə İş üzrə Dövlət Komissiyasının üzvü Elnur Məmmədov bildirib.
"İtkin düşmüş şəxslər məsələsinin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığı tələb edir. İtkin düşmüş hər bir ailənin öz faciəsi var. İtkin düşmüş şəxslər məsələsi qlobal humanitar gündəliyin prioritetidir", - deyə o vurğulayıb.
"Cebheinfo.az"

