Bu küçələrdə hərəkət edənlərin DİQQƏTİNƏ

Bu küçələrdə hərəkət edənlərin DİQQƏTİNƏ

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.

"Cebheinfo.az" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Ərazilər və müddətlər:

1. Hüseyn Cavid prospekti

(Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək)

- 30 iyun 2026-cı il, saat 10:00-dan

- 03 iyul 2026-cı il, saat 07:00-dək

Məlumata görə, qeyd olunan müddət ərzində yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

2. Ayna Sultanova küçəsi

(Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək)

- 01 iyul 2026-cı il, saat 08:00-dan

- 06 iyul 2026-cı il, saat 08:00-dək

Bu müddət ərzində yolun asfalt örtüyünün yenilənməsi işləri aparılacaq.

Sürücülərdən xahiş olunur ki, qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər və müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etsinlər.

"Cebheinfo.az"