Ağ Ev İrandan NƏ İSTƏYİR?
ABŞ Dövlət katibi Marko Rubio və Prezidentin xüsusi elçisi Stiv Vitkoff Ağ Evin məqsədinin İranla yekun razılaşmaya nail olmaq olduğunu deyiblər.
“Cebheinfo.az” xəbər verir ki, onlar bu barədə ABŞ Konqresinin hər iki palatası üçün Vaşinqton və Tehran arasında imzalanmış anlaşma memorandumu ilə bağlı keçirilən xüsusi telefon brifinqi zamanı deyiblər.
“Politico” qəzeti mənbələrə istinadən yazıb ki, Vitkoff və Rubio administrasiyanın əvvəlki brifinqlərdə ayrı-ayrı qanunvericilərə verdiyi vədləri təkrarlayıblar:
“Məqsəd İranın yüksək dərəcədə zənginləşdirilmiş uranı saxlamasını qeyri-mümkün edəcək yekun razılaşma üzrə danışıqlar aparmaqdır".
Rubio və Vitkoffun sözlərinə görə, anlaşma memorandumu bu müzakirələrə başlamaq üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanıb.Vitkoff, həmçinin texniki qrupun çərşənbə axşamı danışıqların gözlənilən Qətərə gedəcəyini təsdiqləyib. CNN əvvəllər mənbələrə istinadən Vitkoffun artıq Dohaya uçduğunu bildirmişdi.
“Axios”-un məlumatına görə, ABŞ və İrandan olan danışıqçılar bu həftə Qətərə səfər edəcəklər, lakin onlar birbaşa əlaqə qurmağı planlaşdırmırlar. Vitkoff və Trampın kürəkəni Cared Kuşnerin çərşənbə axşamı günü İran danışıqlarını müzakirə etmək üçün Qətərin Baş naziri və digər yerli rəsmilərlə görüşməsi gözlənilir. İran və ABŞ isə çərşənbə günü Qətər və Pakistandan olan vasitəçilərlə ayrıca ekspert səviyyəli görüşlər keçirəcəklər.
Daha əvvəl Tramp ABŞ-İran danışıqlarının çərşənbə axşamı Dohada keçiriləcəyini açıqlamışdı. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi daha sonra Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə görüşməyi planlaşdırmadığını bildirib.
Xəzər
“Cebheinfo.az”

