Tramp benzin qiymətinin endirilməsini tələb etdi

Tramp benzin qiymətinin endirilməsini tələb etdi

ABŞ Prezidenti Donald Tramp ölkədə benzinin pərakəndə satışı ilə məşğul olan şirkətləri qiymətləri dərhal endirməyə çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri bildirib ki, neftin bir barelinin qiyməti 68 dollaradək enib və buna baxmayaraq, benzinin pərakəndə satış qiymətləri yüksək olaraq qalır.

"Süni qiymət şişirdilməsi qanunsuzdur. Pərakəndə satıcılar qiymətləri endirməsələr, ciddi problemlərlə üzləşəcəklər", – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ-də benzinin qiyməti bir qallon (3,785 litr) üçün təxminən 2,50 dollar olmalıdır.

Tramp, həmçinin Kaliforniya hakimiyyətini yanacaq vergilərini azaltmağa çağırıb.

Tramp ötən həftə ölkədə benzin qiymətlərinin yüksək qalmasının səbəbləri ilə bağlı araşdırma aparılacağını açıqlamışdı.

Onun sözlərinə görə, araşdırma çərçivəsində “Exxon Mobil”, “Chevron”, “Shell” və bp şirkətlərinin fəaliyyəti də yoxlanılacaq.

“Cebheinfo.az”