Prezident təqaüdçüsü vəfat etdi
Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Qazıyev vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, o, səhhətində yaranmış problemlərə görə uzun müddət müalicə olunurdu.
Q.Qazıyev 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2019-cu ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
"Cebheinfo.az"


