Maşının təkəri çıxıb arxadan gələn “Range Rover”ə çırpıldı - VİDEO

Maşının təkəri çıxıb arxadan gələn “Range Rover”ə çırpıldı - VİDEO

Bakı-Şamaxı yolunda hərəkətdə olan minik avtomobillərindən birinin təkəri qəfil çıxıb.

“Qafqazinfo” xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, avtomobilin yolun ortasında qalan təkəri arxadan gələn “Range Rover”ə çırpılıb. Nəticədə avtomobilə ciddi ziyan dəydiyi bildirilib. Həmin “Range Rover”in isə bloqer Nigar Fərzəliyevaya məxsus olduğu qeyd olunub.

Lakin bloqer sosial şəbəkə hesabında həmin vaxt avtomobildə olmadığını deyib.

Sözügedən görüntüləri təqdim edirik:

v

"Cebheinfo.az"