Dağıntılar altında 5-ci gün: Ana və 9 aylıq körpəsi xilas edildi - VİDEO

Dağıntılar altında 5-ci gün: Ana və 9 aylıq körpəsi xilas edildi - VİDEO

Venesuelada baş vermiş zəlzələnin 5-ci günü sonra dağıntılar altından ana və 9 aylıq körpəsi xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə xilasetmə anının görüntüləri yayılıb. 

Məlumata görə, həm ana, həm də körpəsi yalnız yüngül xəsarətlər alıblar. 

Xatırladaq ki, Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges axtarış-xilasetmə əməliyyatları nəticəsində 33 nəfərin dağıntılar altından sağ çıxarıldığını açıqlayıb.

"Cebheinfo.az"