Çində güclü zəlzələ oldu
Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) yaydığı məlumata görə, gecə saatlarında episentri Siçuan əyalətinin Yibin şəhərinin Gaoşien rayonu olan zəlzələ qeydə alınıb.
Yeraltı təkanların 6 kilometr dərinlikdə meydana gəldiyi bildirilib. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən olmayıb, yüngül xəsarət alan 13 nəfər xəstəxanalara yerləşdirilib.
Zəlzələdən sonra bölgədə 3-cü səviyyə fövqəladə vəziyyət elan olunub.
Zərər görən binalarda yaşayan 196 nəfər isə müvəqqəti sığınacaqlara köçürülüb.
Nigar Hacılı
"Cebheinfo.az"


