Qrip peyvəndinə görə məhkəməlik oldu- QALMAQAL

Qrip peyvəndinə görə məhkəməlik oldu- QALMAQAL

Avropa Komissiyası Fransanın “Sanofi” əczaçılıq şirkəti ilə bağlı antiinhisar araşdırması başlayıb. Şirkət qrip peyvəndinin təşviqində Avropa Birliyinin rəqabət qaydalarını pozmaqda ittiham edilir.

“Cebheinfo.az” xəbər verir ki, istintaq 60 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulmuş və bu yaş qrupunda daha təsirli kimi göstərilən “Efluelda” markalı gücləndirilmiş qrip peyvəndinin marketinqi ilə bağlıdır. Dərman Avstraliyanın “CSL Seqirus” şirkətinin “Fluad” peyvəndi ilə rəqabət aparır.

Avropa Komissiyasının açıqlamasında deyilir:

"Komissiya “Sanofi”nin bir neçə üzv dövlətdə milli peyvənd tövsiyələrinə zidd olaraq “Fluad”-ı “Efluelda”-dan daha az təsirli kimi təqdim etməklə onu nüfuzdan salmaq məqsədi daşıyan yanlış kommunikasiya kampaniyası aparmasından narahatdır".

Tənzimləyici orqanın məlumatına görə, marketinq kampaniyası əsasən “Sanofi”nin güclü bazar mövqeyinə malik olduğu Almaniya və Fransadakı səhiyyə işçilərinə yönəlib.

Şirkət isə "Sanofi” rəqabət qaydaları da daxil olmaqla, bütün tətbiq olunan qanun və qaydalara tam uyğun hərəkət etdiyinə əmindir".

Şirkət, həmçinin araşdırmanı nəticəsini əvvəlcədən müəyyən etməyən "prosedur addımı" hesab edir.

Qrip peyvəndləri “Sanofi” şirkətinin biznesinin əhəmiyyətli bir seqmentidir və milli peyvənd proqramlarında, xüsusən də Fransada geniş istifadə olunur.

Pozuntular təsdiqlənərsə, Avropa Komissiyası dominantlıqdan sui-istifadəyə görə cərimə tətbiq edə və ya şirkətdən islahedici öhdəliklər götürməsini tələb edə bilər.

Xəzər
“Cebheinfo.az”