İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi
İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib.
Bu haqda İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında yazıb:
“İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı rəsmi şəkildə tanıması ilə bağlı qətnamə layihəsini hökumətin növbəti iclasında təsdiqə təqdim edəcəyəm”.
Qeyd edək ki, qətnamə bundan sonra səsvermə üçün Knessetin plenar iclasına təqdim olunacaq.
"Cebheinfo.az"


