4 gündə istidən min nəfər ölüb: Təkcə bir ölkədə
Fransada həddindən artıq istilər təxminən 1000 nəfərin ölümünə səbəb olub. Ən ağır nəticələr ən yüksək istilik xəbərdarlığı səviyyəsi olan bölgələrdə qeydə alınıb.
“Cebheinfo.az” “Euronews”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, 24 iyundan bəri ölüm sayı əvvəlki aylarla müqayisədə təxminən 1000 nəfər çox olub. Ölənlərin 85%-nin 65 yaş və yuxarı olduğu qeyd olunur.
Ən ciddi vəziyyət qırmızı xəbərdarlıq verilən İl-de-Frans, Yeni Akvitaniya, Bretan, Sent-Val-de-Luara, Normandiya və Pays de la Luara bölgələrində olub.
Ölkənin bəzi ərazilərində temperatur 40 dərəcəni keçib və bu da xəstəxanalar və təcili yardım xidmətlərinin yükünü artırıb. Həftənin əksər hissəsində 30-dan çox şöbə ən yüksək hava xəbərdarlığı səviyyəsində olub.
İstilik dalğası fonunda Paris rəhbrliyi i təcili yardım xidmətlərinin yükünü azaltmaq üçün həftəsonu ictimai yerlərdə spirtli içki qəbulunu qadağan edib.
27 iyunda RTL Fransada davam edən isti hava şəraitində ölüm hallarının artması səbəbindən dəfn mərasimlərinin çoxaldığını bildirib. Obervildəki dəfn evinin sahibi radiostansiyaya bildirib ki, onun müəssisəsinin tutumu adi 60-65%-dən 90-95%-ə yüksəlib və bu da onu cənazəni götürmək üçün gələn qohumlarını geri qaytarmağa məcbur edib. 25 iyunda ölkənin 96 şöbəsindən 72-də ən yüksək hava xəbərdarlığı səviyyəsi - qırmızı - elan edilib. 3500 məktəb bağlanıb və təxminən 10000 məktəbin cədvəli dəyişdirilib.
26 iyunda Milli Təcili Tibbi Yardım Xidməti Parisdə 50-dən çox ölüm hadisəsi qeydə alıb ki, bu dövrdə orta hesabla 10 ölüm halı qeydə alınıb. Fransa paytaxtının 25 sakini ürək tutmasından, 30-u isə digər səbəblərdən ölüb.
Xəzər
“Cebheinfo.az”


