Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Tovuzda qəza ölən və xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 2006-cı il təvəllüdlü N.Rəhimovdur. Xəsarət alanlar isə 2006-cı il təvəllüdlü Ə.Məmmədov və 2006-cı il təvəllüdü A.Xanmirzəyevdir.
Qeyd edək ki, hərəkətdə olan VAZ 2106 markalı minik avtomobilinin qarşısına mal qara çıxıb. Bu zaman minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.
Faktla bağlı araşdırma aparılır
***
19.11
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır
"Cebheinfo.az"


