Bakıdakı UFC turniri start götürüb - YENİLƏNİB
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
"Cebheinfo.az" xəbər veirr ki, ikinci qarşılaşmada Qazaxıstan təmsilçisi Bekzat Almakhan (61,68) Braziliyadan olan Jan Matsumoto (61,46) ilə üz-üzə gəlib.
Ən yüngül çəkidəki qarşılaşmada braziliyalı idmançı qələbəyə sevinib.
O, üç raundun yekununda hakimlərin qərarı ilə qalib gəlib.
Daha əvvəl Azərbaycan təmsilçisi Tahir Abdullayev braziliyalı Ceferson Nasimentonu məğlub edib.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
17:08
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarış saat 17:00-da start götürüb.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.
"UFC Fight Night Baku" turniri
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)
Xatırladaq ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ildə keçirilib.
"Cebheinfo.az"


