Azərbaycanda mis məftil istehsalı 6 dəfəyə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,5 ton mis məftil istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur.
Bu il iyunun 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 114,6 ton mis məftil istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 78,6 % azdır.
"Cebheinfo.az"


