ABŞ də vurdu, SEPAH da…
ABŞ qüvvələri gecə Hörmüz boğazında 10 İran hərbi obyektinə zərbə endirib.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.
"ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin təyyarələri İranın M/T Kiku tankerinə dron hücumuna cavab olaraq gecə Hörmüz boğazında və yaxınlığında 10 İran hərbi obyektinə zərbə endirib", - deyə komandanlığın açıqlamasında bildirilib.
Daha əvvəl Prezident Donald Tramp sosial media platforması “Truth Social”-da bildirib ki, ABŞ təyyarələri atəşkəs razılaşmasını daha bir dəfə pozduğuna görə İranın raket və dron anbarlarına, eləcə də sahil radar obyektlərinə zərbə endirib.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) da öz növbəsində Küveytdəki Əli əl-Salem hava bazası və Bəhreynin Port Salman şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının obyektləri də daxil olmaqla, səkkiz ABŞ hərbi obyektinə ballistik raketlər və dronlarla gecə zərbələri endirildiyini bildirib.
Xəzər
“Cebheinfo.az”


