Moskva erməniləri HƏDƏLƏDİ

Moskva erməniləri HƏDƏLƏDİ

"Rusiya ilə mövcud əlaqələrin kəsilməsi qaçılmaz olaraq adi Ermənistan vətəndaşları üçün ağır nəticələrə səbəb olacaq".

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və "Vahid Rusiya"nın sədri Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, Qərb Ermənistana yalnız Rusiyaya qarşı mübarizədə bir vasitə kimi baxır:

"Siyasi meydanı Moskva ilə İrəvan arasında sağlam münasibətlərin tərəfdarı olan bütün qüvvələrdən təmizləməkdə maraqlıdır".

Avropa Birliyi ölkələri onilliklər ərzində qurulan əlaqələrin kəsilməsinin adi vətəndaşlar üçün qaçılmaz ağır nəticələrində qətiyyən maraqlı deyil", - deyə Medvedev bildirib. 

Xəzər 
"Cebheinfo.az"