Serbiya Ordusu yeni vasitələrini təqdim edib

Serbiya Ordusu yeni vasitələrini təqdim edib

Batajnitsadakı "Polkovnik-pilot Milenko Pavloviç" hərbi aerodromunda Serbiya Ordusunun yeni, modernləşdirilmiş vasitə və sistemlərinin təqdimatı keçirilib.

"Report"un Balkan bürosu xəbər verir ki, tədbirdə Serbiya Prezidenti Aleksandar Vuçiç iştirak edib.

A.Vuçiçi müdafiə naziri Bratislav Qaşiç və Serbiya Ordusunun Baş Qərargah rəisi, general Milan Moysiloviç qarşılayıblar.

Təqdimat çərçivəsində Serbiyanın müdafiə sənayesində hazırlanmış yeni vasitələr, eləcə də ölkənin müasir silah və hərbi texnikası nümayiş etdirilib. Bunların arasında döyüş sursatları ilə təchiz olunmuş MiQ-29 və "Orao" təyyarələri, H145 helikopterləri, müxtəlif pilotsuz uçuş aparatları, raket buraxılış qurğuları və atıcı silahlar yer alır.

“Cebheinfo.az”