SEPAH yenə “cəhənnəm”lə HƏDƏLƏDİ

SEPAH yenə “cəhənnəm”lə HƏDƏLƏDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-yə sərt xəbərdarlıq edib.

“Cebheinfo.az” xəbər verir ki, SEPAH bölgədəki “davamlı düşmənçilik” hərəkətlərinin qətiyyətli cavabla qarşılanacağını və bölgədəki Amerika bazalarının "cəhənnəmə çevriləcəyini" vurğulayıb.

Bəyanatda deyilir:

"Amerikanın kor-koranə atəş açması Hörmüz boğazı üzərindəki dominantlığımızın sirrini açmır, lakin pozuculara atəş açmağımız qalan gəmilərə keçidin açıq olduğunu xatırladır".

Xatırladaq ki, bu gün ABŞ və İran yeni zərbələr barədə məlumat veriblər.

Prezident Donald Tramp “TruthSocial” sosial media platformasında bildirib ki, Amerika təyyarələri atəşkəs sazişini daha bir dəfə pozduqlarına görə İranın raket və pilotsuz təyyarə anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirib.

SEPAH da öz növbəsində ABŞ-nin Sirik adasına zərbələrinə cavab olaraq Küveytdəki Əli əl-Salem hava bazası və Bəhreynin Port Salman şəhərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qurğuları da daxil olmaqla, səkkiz ABŞ hərbi hədəfinə ballistik raketlər və pilotsuz təyyarələrlə gecə zərbələri endirib.

Xəzər
“Cebheinfo.az”