İsrail ordusu silahlıları ÖLDÜRDÜ
İsrail ordusu (İDF) dünən Suriyanın cənubunda bir neçə silahlı döyüşçünün öldürüldüyünü açıqladı.
“Cebheinfo.az” xəbər verir ki, Etzioni Briqadasının ehtiyatda olan əsgərləri atəş açaraq İsrail bufer zonası daxilində yerləşən silahlı terrorçuları öldürüblər.
Hadisə ilə bağlı əlavə təfərrüatlar verilməyib.
Daha əvvəl İsrailin müdafiə naziri İsrael Katz İsrail qüvvələrinin Livan, Suriya və Qəzza zolağındakı təhlükəsizlik zonalarında müddətsiz qalacağını bildirib.
İsrail qoşunları 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən bəri Suriyanın cənubunda yerləşdirilib.
Xəzər
“Cebheinfo.az”


