Sükan arxasında infarkt keçirən sürücü ÖLDÜ

Sükan arxasında infarkt keçirən sürücü  ÖLDÜ

Gəncədə sürücü sükan arxasında ölüb.

“Qafqazinfo” xəbər verir ki,  hadisə şəhər ərazisində qeydə alınıb. 

“KİA” markalı avtomobilin sürücüsü, Rəşid Allahverdiyev (1977) idarəetməni itirib və maşın maneyə çırpılıb. İlkin ehtimala görə, mərhum qəzadan əvvəl sükan arxasında ürəktutmadan vəfat edibmiş.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

“Cebheinfo.az”