"2+6" regional formatı yaradılır

"2+6" regional formatı yaradılır

“İran İraqın Fars körfəzində təhlükəsizliyi təmin etmək üçün "2+6" regional format yaratmaq təklifini alqışlayır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, təşəbbüs bir tərəfdən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) dövlətləri, digər tərəfdən isə İran və İraq arasında xarici oyunçuların iştirakı olmadan dialoqu nəzərdə tutur:

“Tehran bu yanaşmanı dəstəkləyir və regional təhlükəsizlik məsələlərinin yalnız region ölkələri tərəfindən həll edilməli olduğuna inanır”.

Əraqçi, həmçinin bildirib ki, müvafiq anlaşmanın birinci bəndinə əsasən, Livandakı hərbi əməliyyatlar dayandırılmalı, İsrailin hücumlarına və qoşunların Livanın işğal olunmuş ərazilərindən çıxarılmasına görə məsuliyyət isə ABŞ-nin üzərinə düşür.

Xəzər
“Cebheinfo.az”