O layihədən Trampın oğulları 20 faiz pay alacaq

O layihədən Trampın oğulları 20 faiz pay alacaq

ABŞ Prezidenti Donald Trampın oğullarına qismən məxsus olan şirkətə investorlar Qazaxıstanda volfram mədən layihəsi ilə əlaqəli bir şirkətdə 20% pay alıblar.

“Cebheinfo.az” xəbər verir ki, bunu "New York Times" qəzeti yazıb.

Qəzetin məlumatına görə, ötən ilin sentyabr ayında Amerika tərəfi, yəni ticarət katibi Hovard Latnik şəxsən və Prezident Donald Tramp telefonla Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə danışıblar. Söhbət əsnasında az tanınan bir Amerika şirkətinə dünyanın ən böyük işlənməmiş volfram ehtiyatlarından birinə giriş imkanı vermək barədə razılıq əldə edilib:

"Tramp və Latnik fürsəti görən tək insanlar deyildilər. Onların oğulları tezliklə atalarının danışıqlar apardığı müqavilədə tərəfdaşlarla iş görməyə başladılar".

Hesabata görə, ABŞ Prezidentinin iki böyük oğlu Donald Tramp Jr. və Erik Trampa qismən məxsus olan Dominari Securities şirkətinə investorlar digər tərəfdaşlarla birlikdə Qazaxıstan layihəsi ilə əlaqəli korporativ strukturda 20% pay alıblar.

Qəzet, həmçinin qeyd edir ki, Latnik ailəsinə məxsus və oğulları Brandon və Kyle tərəfindən idarə olunan investisiya şirkəti “Cantor Fitzgerald” Qazaxıstan sövdələşməsi üzərində “Dominari” ilə birgə işləyir. Şirkət  Qazaxıstandakı struktur üçün 210 milyon dollar toplamağa kömək edib.

Xəzər
“Cebheinfo.az”