Nazir alay komandirini işdən çıxardı - FOTO

Nazir alay komandirini işdən çıxardı - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub.

"Cebheinfo.az" "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib.

Onun yerinə Süleyman Hüseynov gətirilib.

Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.

"Cebheinfo.az"