Millimiz ilk dəfə Avropa çempionatında çıxış edəcək

Millimiz ilk dəfə Avropa çempionatında çıxış edəcək

Azərbaycanın qadın basketbolçulardan ibarət U-20 millisi tarixində ilk dəfə Avropa çempionatında iştirak edəcək.

Bu barədə Azərbaycan Basketbol Federasiyasından bildirilib.

Komanda B divizionunun A qrupunda İrlandiya, Albaniya və Yunanıstan yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, turnir iyulun 4-12-də Bolqarıstanın Samokov şəhərində təşkil olunacaq.

"Cebheinfo.az"