Təhsil eksperti Balaəlinin “like”larını qısqandı
“Sevincimin həddi- hüdudu yoxdur. Kitab təqdimatlarıma “bəyənmə” işarəsi qoyanların sayı 20-50 nəfər arası olur. 5 nəfər olsa da, bəsdir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev “Facebook” səhifəsində yazıb.
O bildirib ki, təhsil mövzusunda paylaşımlarına çoxsayılı reaksiya görməsindən fərəh duyur:
“Bir paylaşımımda lap çox sevinmişdim. Albert Eynşteynin “Uşaqlara müraciət” paylaşımıma 364 bəyənmə gəlmişdi. Hər halda Balaəliyə qoyulan 20.000 “bəyənmə”yə baxanda çox yaxşıdır. Darvinin təkamül təlimi var gücü ilə işləyir”.
"Cebheinfo.az"


