Şimali Koreyadan ABŞ və Yaponiyaya hərbi təlim xəbərdarlığı

Şimali Koreyadan ABŞ və Yaponiyaya hərbi təlim xəbərdarlığı

Şimali Koreya ABŞ və Yaponiyanın birgə keçirdiyi hərbi təlimi "müharibə məşqi" kimi qiymətləndirərək buna kəskin etiraz edib.

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı Pxenyan bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Yaponiyanın ABŞ ilə hərbi əməkdaşlığı genişləndirməsi regionda təhlükəsizliyə təhdid yaradır.

Pxenyan rejimi təlimləri "müharibə məşqi" kimi qiymətləndirib və Yaponiyanı hərbi fəaliyyətlərini davam etdirəcəyi təqdirdə "faciəvi sonluqla" üzləşə biləcəyi barədə xəbərdar edib.

Vurğulanıb ki, Yaponiyanın birgə hərbi təlimlərdə iştirakı ölkənin "işğalçılıq potensialını artırmağa" xidmət edir.

Qeyd olunub ki, Tokionun Vaşinqtonla hərbi əməkdaşlığı dərinləşdirməsi regionda təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsinə səbəb olur.

Həmçinin bəyanatda Yaponiyanın mövcud qlobal proseslərdən "müharibə aparan dövlətə çevrilməsini qanuniləşdirmək" məqsədilə istifadə etdiyi iddia edilib və hərbi fəaliyyətlərini davam etdirəcəyi təqdirdə "faciəvi sonluqla" üzləşəcəyi barədə xəbərdarlıq olunub.

Qeyd edək ki, ABŞ və Yaponiya arasında iyunun 20-də başlayan birgə hərbi təlimlərin sabah başa çatacağı planlaşdırılır.

Əfsanə
"Cebheinfo.az"