Anası onları maşında unutdu: Qasım və Sadiq istidən öldü

Anası onları maşında unutdu: Qasım və Sadiq istidən öldü

Fransanın Karpentras şəhərində isti hava şəraitində bir ana iki uşağını maşında unudub. 

“Cebheinfo.az”-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, temeratur 70 dərəcə Selsiyə çatan avtomobil salonunda ürək tutmasından ölüblər.

Dörd yaşlı Qasım Benouali və iki yaşlı qardaşı Sadiqin nənəsi Fatihə əl-Bubkarinin sözlərinə görə, anaları uşaqların hələ də avtomobilin içərisində olduğunu unudaraq supermarketə gedib. 

Qayıdanda uşaqlar arxa oturacaqda huşsuz vəziyyətdə olublar. Həmin gün çöldəki temperatur 48 dərəcə Selsiyə çatıb və avtomobilin içərisində 70 dərəcə Selsiyə qədər yüksələ bilərdi.

"Bu, səhv idi, qanunsuz heç bir şey baş verməyib. Hər kəsin o istidə diqqətini cəmləşdirməsi çətin idi. Qızım həyatında bir çox başqa problemlər yaşayırdı", - deyə Fatihə qəzetə bildirib. Hadisənin təsadüf olmadığı barədə mediada yayılan xəbərlər fonunda müzakirələr atır.

"The Daily Mail" qəzeti qeyd edib ki, ölən uşaqların 33 yaşlı anası Vəfa əl-Bubkari qəsdən adam öldürmə ittihamı ilə ittiham olunur və onu 20 ilə qədər həbs cəzası ilə gözləyir.

Xəzər
“Cebheinfo.az”