“Müharibə məşqi” başladı
Şimali Koreya Yaponiya və ABŞ tərəfindən keçirilən birgə hərbi təlimi “müharibə məşqi” kimi qiymətləndirərək pisləyib.
"Cebheinfo.az" xəbər verir ki, Pxenyan administrasiyası Yaponiya Quru Özünümüdafiə Qüvvələri ilə ABŞ Dəniz Piyadalarının təşkil etdiyi birgə hərbi təlimlə bağlı açıqlama verib.
Açıqlamada Şimali Koreyanın “müharibə məşqi” adlandırdığı ortaq təlimi qınadığı bildirilib.
Yaponiyanın təlimdə iştirakının ölkənin “işğal qabiliyyətini artırmağa” yönəldiyi qeyd olunan açıqlamada, Tokionun Vaşinqtonla hərbi əməkdaşlığı dərinləşdirərək “bölgədə təhlükəsizlik mühitini pisləşdirdiyi” iddia olunub.
Açıqlamada həmçinin Yaponiyanın mövcud qlobal vəziyyətdən “müharibə ölkəsinə çevrilməsini qanuniləşdirmək” məqsədilə istifadə etdiyi irəli sürülərək, Tokionun “düşünülməmiş” hərbi fəaliyyətlərini davam etdirməsi halında “faciəli sonla” qarşılaşacağı barədə xəbərdarlıq edilib.
ABŞ və Yaponiyanın iyunun 20-də başladığı birgə hərbi təlimin sabah başa çatacağı planlaşdırılır.
Nigar Hacılı
"Cebheinfo.az"


