AMB: AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb

AMB: AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb

Azərbaycanda AzQR vasitəsilə həyata keçirilən ödənişlərin sayı bu ay 40 milyona yaxınlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 dəfədən çox artım deməkdir.

"Hazırda AzQR ödənişləri bankların və bir sıra fintech şirkətlərinin mobil tətbiqlərində istifadəyə verilib. Eyni zamanda, ölkədə fəaliyyət göstərən geniş POS-terminal şəbəkəsində də AzQR ödənişləri dəstəklənir. Həmçinin, AzQR ödənişləri biznes subyektləri üçün daha aşağı komissiya xərcləri və vəsaitlərin dərhal hesablaşması kimi üstünlüklər yaradır".

"Cebheinfo.az"