Peskov: "Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyimiz dəyişməyib"
Kremlin Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı Kremlin mövqeyi iki il əvvəl prezident Putin tərəfindən müəyyən edilib.
Peskov vurğulayıb ki, bu mövqe Kiyev tərəfinə, amerikalı danışıqçılara yaxşı məlumdur və olduqca ardıcıldır.
Kremlin sözçüsü Kiyevlə kommunikasiya kanallarının münaqişənin həlli üzərində işləməsi üçün kölgədə qalmalı olduğunu söyləyib.
Peskov Belarus prezidenti Aleksandr Lukaşenkoun Zelenskinin Putinə heç bir mesajını çatdırmadığını da qeyd edib.
O əlavə edib ki, Zelenskinin açıqlamalarının emosional tonunu Kreml qiymətləndirməməlidir:
"Zelenskinin çıxışlarının isterik tonunu ekspertlər qiymətləndirməlidirlər".
"Cebheinfo.az"


