Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib

Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, qanuna əsasən, 2026-cı il mayın 4-də Kito şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

"Cebheinfo.az"