Məhşur tiktokerə ölüm cəzası verilə bilər
Lüks həyat tərzi və səyahət paylaşımları ilə tanınan britaniyalı "TikTok" fenomeni Brooke George hazırda Dubayda qətl ittihamı ilə mühakimə olunur və ölüm cəzası təhlükəsi ilə üzləşib.
"Cebheinfo.az" xəbər verir ki, İngiltərənin Kent şəhərində yaşayan 23 yaşlı Brooke George "Facebook" vasitəsilə tanış olduğu 26 yaşlı britaniyalı sevgilisi Villiam Tribni qəsdən öldürməkdə ittiham edilir.
Gənc qadın hadisənin özünümüdafiə məqsədilə baş verdiyini bildirir. Ailəsinin sözlərinə görə, Tribi onu nəzarətdə saxlamağa çalışan və zorakı davranışlar sərgiləyən biri idi. İddiaya əsasən, Dubaya yalnız bir istiqamətli bilet alındığını öyrənən George İngiltərəyə qayıtmaq istəyib. Pasportunu götürmək üçün yenidən mənzilə qayıdan fenomen burada sevgilisinin hücumuna məruz qalıb.
Ailəsi bildirir ki, üz nahiyəsinə aldığı zərbələrdən sonra həyatının təhlükədə olduğunu düşünən Brooke George mətbəx bıçağını götürərək özünü müdafiə edib. Bədənində zorakılıq izləri olduğu deyilən gənc qadın hava limanında təyyarəyə minmək istəyərkən saxlanılıb. Anası qızının həmin an "Həyatında heç vaxt olmadığı qədər qorxu yaşadığını",- deyib.
Villiam Tribinin yaxınları isə bu iddiaları qəbul etmir. Onun dostları Tribini "mehriban və böyük ürəkli insan" kimi xarakterizə edərək bildirirlər ki, cütlük əvvəlcə bir barda mübahisə edib, daha sonra ayrılıb. Onların iddiasına görə, Brooke George sevgilisini izləyərək ona bıçaqla hücum edib.
Digər tərəfdən, "Detained in Dubai" adlı hüquq müdafiə qrupu Brooke Georgenin polis bölməsində vəkil olmadan ifadə verməyə məcbur edildiyini və kişi mühafizəçilərin qarşısında soyunmasının tələb olunduğunu iddia edib.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı BƏƏ rəsmiləri ilə əlaqədə olduğunu açıqlayıb. Beynəlxalq ictimaiyyət isə böyük maraq doğuran məhkəmə prosesinin nəticəsini gözləyir.
Nigar Hacılı
"Cebheinfo.az"


