Meymun turistin əlindən telefonu alıb: Hər yerini çəkdi - FOTOLAR
Bali adasındakı meymun məşhur bir məbəddə bir britaniyalı turistin telefonunu əlindən alıb.
“Cebheinfo.az”-ın “Daily Mail” qəzetinə istinadən məlumatına görə, meymun bir saatdan çox meşədə yoxa çıxıb, amma vaxt itirməyib, cihazın yaddaşını selfilərlə doldurub.
Telforddan olan 19 yaşlı Oliver Lloyd 15 iyunda İndoneziyanın Bali adasındakı məşhur Uluwatu Məbədini ziyarət edərkən uzunquyruqlu bir makaka qəfildən cihazı əlindən alıb. Heyvan dərhal cəngəllikdə yoxa çıxıb.
Oliver və sevgilisi məbəd mühafizəçilərinin köməyi ilə yüzlərlə digər makaka arasında ərazini gəziblər. Bir saatdan çox sonra cütlük Oliverin sevgilisinin smartfonundakı Life360 izləmə tətbiqi sayəsində telefonun dəqiq yerini müəyyən edə biliblər. Məbədin gözətçilərindən biri gizli oğrunu tapıb və cihazı təhlükəsiz şəkildə sahibinə qaytarıb.
Oliver telefonunu yoxlayanda görüb ki, nadinc meymun uzun bir video və hətta cihazı pəncələrinə möhkəm yapışaraq bir neçə yaxın selfi çəkməyi bacarıb.
"Mən sadəcə dostlarıma göndərmək üçün meymunların şəkillərini çəkirdim",- maliyyə üzrə təcrübəçi işləyən Oliver deyir.
"Cibimdən əlimi bir saniyəlik çəkdim və qızın adımı qışqırdığını eşitdim. Elə həmin anda telefonu əlimdən aldı”,-deyə o bildirib.
"Qalereyaya baxdım və heyrətləndim, həqiqətən də bütöv bir video və selfi var idi", -Oliver deyib.
Xəzər
“Cebheinfo.az”


