Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
İyunun 30-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Bu barədə ACF-dən məlumat verilib.
Milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
"Cebheinfo.az"


